Rusiya Ukraynada atəşkəslə bağlı tələbləri əks etdirən sənəd hazırlayır

Fidan Məmmədli
1 Min Read

.

ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı telefon danışığından sonra bildirib ki, Moskva Ukraynada atəşkəsə dair tələbləri özündə əks etdirən sənəd üzərində işləyir.

Bu barədə Rubio “CBS News” telekanalına müsahibəsində danışıb.

“Bir neçə məsələni müzakirə etdik. O mənə izah etdi ki, Rusiya atəşkəslə bağlı tələblərini əks etdirən sənəd hazırlayacaq. Bu sənəd gələcəkdə daha genişmiqyaslı danışıqlara yol aça bilər”, – deyə Rubio bildirib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş