May 1, 2025
Mətbuat pr 32, Bakı
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində geriləyib
Stolüstü oyunlar

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində geriləyib

FİDE şahmatçıların may üçün dünya reytinqini dərc edib.

Məlumata görə, siyahıda Azərbaycanın 7 şahmatçısı “Top-100”də yer alıb.

Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü yerdə qərarlaşıb. Onun kimi bir addım geriləyən Teymur Rəcəbov (2692) 40-cl sırada yer alıb. Rauf Məmmədov (2657) 69-cu pillədəki mövqeyini qoruyub.

Cədvələ 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Gövhər Beydullayeva (2394) 8 pillə geriləyərək 53-cü sıraya düşüb. Mövqeyini 4 pillə pisləşdirən Günay Məmmədzadə (2390) 57-cidir. 10 pillə geriləyən Ülviyyə Fətəliyeva (2374) 67-ci, 3 addımlıq irəliləyişə nail olan Xanım Balacayeva (2358) 82-ci pillədədir. “100-lüy”ə qayıdan Gülnar Məmmədova isə 2352 xalla 91-ci sıradadır.

Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2633 xal.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video