247press-in məlumatına görə, Şəkidə dörd gün əvvəl baş verən ağır yol qəzasında ağır xəsarət alan 9 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib. Məlumata əsasən, Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunan 9 yaşlı Kənan Təvəkkül oğlu Şirəlizadə axşam saatlarında həyatını itirib.
Aprelin 22-si gecə saat 02 radələrində 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaçlara çırpılıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü T. Şirəliyev xəstəxanaya daxil olunduqdan bir qədər sonra ölüb. Oğlu K. Şirəlizadə isə koma vəziyyətində Şəki RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
Leave feedback about this