Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhid mülki şəxs Əsəddin Novruzov Curu oğludur.
Onun nəşinin qalıqları sabah saat 14.00-da Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.