​​​​​​​Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var

Fidan Məmmədli
0 Min Read

Sabirabadda baş verən qəzada Şıxsalahlı kənd sakini, 2009-cu il təvəllüdlü Abdullayev Əlikram Mahir oğlu ölüb.

Hadisə nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlardan biri Şirvan, üçü isə Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

***

19:14

Sabirabadda yol qəzası baş verib.

Hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb.

“VAZ” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş