Sahil Babayev: “Sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limit artırıla bilər”

Fidan Məmmədli
1 Min Read

Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limit artırıla bilər.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, layihə hazırda dövlət orqanlarında müzakirə edilir: “Sadələşmiş vergi məsələsi üzrə işlər davam edir. Hazırda hökumətdə müzakirə olunan layihələrdən biri də 200 min manat limitin artırılmasıdır. Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, onda onun limiti 50 % artırıla bilər. Bu təklif var, vergi orqanları ilə nazirlik tərəfindən müzakirə aparılır”.

    Share This Article
    Şərh edilməmiş