247press-in məlumatına görə, Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq qəzaya uğrayıb.
Mikroavtobusda olan sərnişinlərdən 7 nəfər xəstəxanaya müraciət edib. Onlardan ikisinin sınıq, digərlərinin isə yüngül bədən xəsarətləri—əsasən sıyrıqlar aldığı bildirilir.
Xəsarət alanlar Ağsu rayonunun Padarqışlaq kənd məktəbinin şagirdləridir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatda qeyd edilir ki, hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Mənbə