Xəzər Rayon Məhkəməsində saxta yolla Azərbaycana gələn Türkiyə vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2000-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölkəsində saxta pasport hazırladaraq Gürcüstana, oradan isə Azərbaycana gəlib. Bir müddət Bakıda qalan həmin şəxs Bakı-Tbilisi reysi ilə Gürcüstana keçmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Aqil Vəlili