Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb
İnfrastruktur

Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb

Quba rayonunda intensiv yağıntılar nəticəsində meydana gələn güclü sel suları bir körpünün qəzalı vəziyyətə düşməsinə səbəb olub. Körpüyə mütəxəssislər tərəfindən baxış keçirilib və əraziyə xüsusi texnika ilə canlı qüvvə göndərilib.

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrindəki Qaraçay çayı üzərindəki 101 metr uzunluğundakı, 4 aşırımdan ibarət körpünün dayaqları sel suları ilə yuyulub. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video