Serbiyalı futbolçu “Fənərbaxça”dan ayrılacaq

Fidan Məmmədli
1 Min Read

Hazırda karyerasını icarə əsasında “Fənərbaxça”da davam etdirən və müqavilə ilə “Yuventus”a məxsus olan Filip Kostiçin gələcəyinə aydınlıq gəlib.

Yarımmüdafiəçi “qoca sinyora”ya qayıdacaq.

Bu barədə Turin təmsilçisinin idman direktoru Kristian Ciuntoli açıqlama verib.

Xatırladaq ki, “Fənər” 32 yaşlı futbolçunu mövsümün əvvəlində A Seriyası klubundan icarəyə götürmüşdü.

Qeyd edək ki, serbiyalı oyunçu “sarı-lacivərdlilər”in heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş