Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.
Məlumatda deyilir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü – Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.
Faktla bağlı araşdırma aparılır.