Ştutqartda avtomobil insan izdihamına çırpılıb, 1 ölü, 7 yaralı

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Ştutqartda avtomobilin izdihama çırpılması nəticəsində bir nəfər ölüb.

Məlumata görə, bu barədə şəhər prokurorluğu və polisin birgə məlumatında deyilir.

46 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində daha 7 nəfər yaralanıb.

***

23:07

Almaniyanın Ştutqart şəhərinin mərkəzində, qatar stansiyasının yaxınlığında avtomobil insan izdihamına çırpılıb.

Məlumatda deyilir ki, bu barədə şəhər polisindən məlumat verilib.

Polisin verdiyi məlumata görə hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədə şübhəli bilinən qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş