“Ukraynada ədalətli və sabit sülh böyük ehtimalla yalnız Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdən getdikdən sonra bərqərar olacaq”.
Bu sözləri müsbətsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, vurğulayıb ki, hazırda Rusiyanın müharibəni dayandırmağa hazır olduğunu görmür. Zelenskinin sözlərinə görə, artıq müvəqqəti həll imkanı var – atəşkəs və uzunmüddətli nizamlanma prosesinin başlanması:
“Biz ədalətli sülhə nail olacağıq, amma bəlkə də yalnız Putindən sonra. Ancaq atəşkəslə başlayan sülh, sonra isə davamlı sülhə doğru addımlar sabah da başlaya bilər”.