Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək

Fidan Məmmədli
1 Min Read

 

Tayland hökuməti turistlərin alış-veriş etməsi üçün kriptovalyutanı ölkənin real iqtisadiyyatına inteqrasiya etməyə çalışır.

Bu barədə “Nation” qəzeti məlumat yayıb.

Taylandın baş nazirinin müavini və maliyyə naziri Pxiçay Çunxavaçirin sözlərinə görə, krallığın Maliyyə Nazirliyi kriptovalyutaların kartlarla əlaqələndirilməsinə icazə vermək üçün bütün dünyada istifadə olunan modelləri öyrənir.

Nəşrin qeyd etdiyi kimi, hökumət kapital bazarını hazırda ayrıca hüquqi normalar əsasında tənzimlənən rəqəmsal aktivlər bazarı ilə problemsiz əlaqələndirmək üçün qanunlara dəyişiklik etməyi planlaşdırır.

Bununla bağlı Tayland Bankı ilə danışıqlara başlanılıb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş