Xabi Alonso ilə yollarını ayıran “Bayer Leverkuzen”in yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Alonsonu Erik ten Haq əvəzləyəcək. Niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Erik ten Haqın son iş yeri “Mançester Yunayted” olub.