Elektrikli avtomobil istehsalçısı olan “Tesla”nın direktorlar şurası şirkətin qurucusu İlon Maskın yerinə yeni baş direktor axtarışına başlayıb.
Məlumatda deyilir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, bu, “Tesla” səhmlərinin aşağı düşməsi və Maskın ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) kuratoru kimi fəaliyyətinə həddən artıq diqqət yetirdiyinə inanan bəzi investorların narazılığı ilə bağlıdır.
İdarə Heyətinin üzvləri əvvəllər Maskdan “Tesla”nın işlərində daha fəal rol almasını xahiş etmişdilər. Lakin onun üçün varis axtarışı ilə bağlı onu xəbərdar edib-etmədikləri məlum deyil.
Leave feedback about this