TikTok 530 milyon cərimələndi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası TikTok sosial media platformasının sahibi olan Çinin “ByteDance” şirkətini avropalı istifadəçilərin məlumatlarını qanunsuz olaraq Çinə ötürdüyünə görə 530 milyon avro cərimələyib.

Məlumata görə, Komissiya həmçinin, “ByteDance”ə pozuntuları düzəltmək üçün altı ay vaxt verib.

Komissiyanın bildirdiyinə görə, şirkət TikTok-un avropalı istifadəçiləri haqqında məlumatları Çin hakimiyyətinin əldə edə biləcəyi serverlərdə saxlayıb.

Bu, avropalılar haqqında məlumatların digər ölkələrin hakimiyyət orqanlarına ötürülməsini qadağan edən Avropa İttifaqının mövcud qaydalarının pozulmasıdır.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş