Tokayev: Prezident İlham Əliyevə Qazaxıstan neftinin ixracına dəstəyinə görə xüsusi təşəkkürümü bildirirəm

Fidan Məmmədli
1 Min Read

“Biz yeni çağırışlarla üzləşirik”.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Kasım-Jomart Tokayev deyib ki, belə sammitlər çağırışlarla bağlı addımların atılması üçün mühüm əhəmiyyətə malikdir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında həyata keçirilən infrastruktur layihələrindən söz açan Qazaxıstan Prezidenti Çin-Qazaxıstan sərhədində üçüncü dəmir yolu keçidinin açılmasının önəmli olduğunu vurğulayıb: “Mən Prezident İlham Əliyevə Qazaxıstan neftinin ixracına dəstəyinə görə təşəkkürümü bildirirəm”.

    Share This Article
    Şərh edilməmiş