Tramp ABŞ-da yaxın müddət ərzində iqtisadi tənəzzül ehtimalını istisna etməyib

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

ABŞ Prezidenti Donald Tramp yaxın müddət ərzində ABŞ-ın iqtisadi tənəzzüllə qarşılaşa biləcəyini istisna etməyib. Lakin onun fikrincə, sonda ölkə iqtisadiyyatı qaydasına düşəcək.

Məlumata görə, Tramp bunu NBC telekanalına müsahibəsində deyib.

“Hər şey baş verə bilər. Amma mən düşünürəm ki, biz ölkə tarixində ən güclü iqtisadiyyata sahib olacağıq”, – o deyib.

Tramp əlavə edib ki, onu bu məsələ narahat etmir. Çünki ABŞ iqtisadiyyatı keçid dövründədir. Onun fikrincə ölkə iqtisadiyyatı bu dövrdən əla vəziyyətdə çıxacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın sabiq maliyyə naziri Canet Yellen məlumatda Trampın ticarət siyasəti və tətbiq etdiyi rüsumlar səbəbilə ABŞ-ı tənəzzül təhlükəsi gözlədiyini demişdi.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş