Tramp Avropa İttifaqının Ukrayna ilə bağlı təklifini rədd etdi

Fidan Məmmədli
1 Min Read

Ağ Evin rəhbəri Donald Tramp Vatikanda Ukrayna üzrə danışıqların nəticəsi olaraq Avropa İttifaqı (Aİ) liderlərinin “qeyd-şərtsiz” atəşkəs təklifini rədd edib.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat verib.

Mayın 19-da Trampla telefon danışığında Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak ediblər. Verilən məlumata görə, liderlərdən bəziləri Vatikanda mümkün danışıqların nəticəsinin “qeyd-şərtsiz” atəşkəs olmasında təkid ediblər. ABŞ prezidenti də öz növbəsində onlara münaqişənin nizamlanması danışıqları ilə bağlı müzakirələr kontekstində bu terminin “bəyənmədiyini” bildirib.

Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, Tramp Avropa liderlərinə deyib ki, Rusiya Prezidenti Vladimir Putin “qələbəyə doğru irəlilədiyini” hesab edir.

Mənbə

    Share This Article
    Şərh edilməmiş