Tramp impiçmentə cəhd edən konqresmenlərin Konqresdən çıxarılmasını tələb edib

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosedurunu başlatmağa çalışan Demokrat Partiyasının iki konqresmeninin Konqresdən xaric edilməsini tələb edib.

Məlumata görə, Ağ Ev rəhbəri bu barədə “X” hesabında yazıb.

“Demokratlar həqiqətən də nəzarətdən çıxıblar. Onlar hər şeyi, xüsusən də ağıllarını itiriblər! Bu radikal solçu axmaqlar “impeçment”ə başlamaq istəyirlər. İki naməlum və hörmətsiz konqresmen, iyirminci dəfə Donald Trampın “impiçment edilməsi” məsələsini qaldırırlar. Halbuki bunun səbəbi barədə özləri də bir şey bilmirlər”, – deyə Tramp qeyd edib.

Tramp, Demokratları “ağlını itirmiş və nəzarətdən çıxmış” adlandıraraq, bu təşəbbüslərin siyasi təxribat xarakteri daşıdığını vurğulayıb.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş