ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat orqanlarında mühüm kadr ixtisarı həyata keçirməyi planlaşdırır.
Məlumata görə, bu barədə “Washington Post” məlumat yayıb.
Adı açıqlanmayan mənbəyə istinadən yayılan məlumatda agentliyin işçilərinin təxminən 1200 nəfərə qədər ixtisar ediləcəyi bildirilir.
Məlumatda deyilir ki, MKİ-də təxminən 22 min nəfər çalışır.
Verilən məlumata görə, ABŞ administrasiyası kəşfiyyatçıların sayının azaldılması ilə bağlı planları barədə artıq Konqresi məlumatlandırıb.
Qəzet qeyd edir ki, prosesin bir neçə il ərzində baş verəcəyi gözlənilir və dərhal ixtisar planlaşdırılmır.
MKİ-nin hansı bölmələrinin işçilərinin ixtisara məruz qala biləcəyi bəlli deyil.