Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Amerika

Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir

ABŞ Prezidenti Donald Tramp, Ukrayna ilə Rusiya arasında hərtərəfli atəşkəsin əldə olunmasını istəyir. Onun xüsusi nümayəndəsi Kit Kelloq, “Fox News” telekanalına verdiyi müsahibədə bu barədə məlumat verib.

Kelloqun sözlərinə görə, “Tramp Ukrayna ilə Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəsə nail olmaq niyyətindədir”. O, hər iki tərəf arasında dənizdə, havada və quruda müvəqqəti atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb. Bu müddət daha sonra uzadıla bilər.

Kelloq qeyd edib ki, “biz görürük ki, ukraynalılar buna hazırdır. İndi sıra ruslardadır, Putindədir. Bir tərəf razıdır, indi ikinci tərəfin hazır olması lazımdır. Düşünürəm ki, biz bu məqsədə yaxınlaşırıq”.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video