Trampdan Rusiya liderinə mesaj: ”Putinlə görüşməyə hazıram”

0 Min Read

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün təşkili mümkün olan kimi onunla görüşməyə hazır olduğunu bildirib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

“Görüşümüz onu təşkili mümkün olan kimi baş tutacaq”, – Tramp Rusiya lideri ilə görüşünün nə vaxt keçirilə biləcəyi sualına cavab verib.

Ukrayna nizamlanmasından danışan ABŞ lideri qeyd edib ki, “biz bunu etməliyik”.

“Dünya 2-3 həftə ərzində daha təhlükəsiz olacaq”, – o bildirib.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version