247Press – Azərbaycan Xəbər Portalı Blog Kriminal Tulin kafedə qadını döyməkdə ittiham olunur
Kriminal

Tulin kafedə qadını döyməkdə ittiham olunur

247press-in “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

Hadisə bir müddət əvvəl Nərimanov rayonunda yerləşən kafelərdən birində qeydə alınıb. Döyüldüyünü deyən qadın bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayətçi ərizəsində mübahisə zamanı Tulinin onu yumruqla vurduğunu bildirib və məsələ ilə bağlı qanunauyğun tədbir görülməsini xahiş edib.

Polis tərəfindən aparılan istintaqla T. Ələkbərova xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən kikboksçu barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq tamamlanıb və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Tulinin təqsiri sübuta yetirilərsə, o, cərimə, azadlığın məhdudlaşdırılması və ya 2 ilədək həbs cəzası ilə mühakimə oluna bilər.

Qeyd edək ki, Tulin Ələkbərova qaydasız döyüş üzrə məşqçi kimi də fəaliyyət göstərir. Ötən il sevgilisi tərəfindən döyülməsi ilə də gündəmə gəlmişdi.

Mənbə

Exit mobile version