Leyla Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə birlikdə Türk Mədəniyyəti və İrsi Fondunun inzibati binasını ziyarət ediblər.
TMİF-in prezidenti Aktotı Raimkulova, qonaqları salamlayaraq türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva, Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və gənclərin layihə və tədbirlərdə iştirakının artırılmasının vacibliyini vurğulayıb.
Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən eksponatlarla tanış olublar. Həmçinin, onlar müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.
Ziyarət yekununda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.
Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fond, türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası və dəstəklənməsi ilə məşğuldur.
TMİF-in fəaliyyətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərindədir.
Mənbə
Leave feedback about this