Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb.
Məlumata görə, bu barədə Şimali Makedoniya Futbol Federasiyası məlumat yayıb.
Sözügedən ölkənin “Qostivar” klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.
Belə ki, kapitan Alper Potuk “Qostivar” – “Rabotniçki” matçında hakim qərarlarına etiraz etmək məqsədilə komandaya oyun başa çatmazdan əvvəl meydandan çıxmaq, paltardəyişmə otağına getmək göstərişi verib. Federasiya isə 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb.
Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb.
“Qostivar”a isə texniki məğlubiyyət verilib və aktivindəki 9 xal silinib. Hazırda komanda 48 xalla 4-cüdür.