Türkiyədə ağlasığmaz mənzərə: Atı maşının arxasına bağlayıb avtomobil yoluna çıxardılar

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.

Məlumata görə, Adananın Çukurova rayonunda baş verən bu hadisə görənləri heyrətə gətirib. Sosial mediada sürətlə yayılan görüntülər sayəsində şübhəli şəxs Ətraf Mühit, Təbiət və Heyvanların Mühafizəsi Bürosunun qrupları tərəfindən saxlanılıb.

Heyvana işgəncə verən və yol hərəkətinə təhlükə yaradan bu davranışa görə şübhəli şəxs barəsində tədbir görülüb. Sürücüyə 1986 Türkiyə lirəsi (43 manatdan çox) məbləğində cərimə kəsilib.

Həmçinin polis tərəfindən saxlanılan iki nəfərin hüquqi prosedurlardan sonra məhkəməyə göndəriləcəyi bildirilib. Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş