Türkiyədə qorxulu zəlzələnin ilk anları kameralara düşüb

Fidan Məmmədli
0 Min Read

Konyanın Kulu rayonunda mayın 15-də Bakı vaxtı ilə saat 16:46-da 5.2 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, zəlzələ anı təhlükəsizlik kameralarına düşüb.

Episentri Kulu olan yeraltı təkanlar Ankara başda olmaqla ətraf vilayətlərdə də hiss olunub. Zəlzələdən sonra insan itkisi və ciddi dağıntılar barədə məlumat daxil olmayıb.

Görüntülərdə zəlzələ səbəbindən vətəndaşların təşviş içində çölə qaçdığı və bəzi iş yerlərində rəflərin titrədiyi anlar əks olunub.

Mənbə

    Share This Article
    Şərh edilməmiş