APA-ya daxil olan məlumata görə, 247press-in məlumatına əsasən, Ukrayna və ABŞ arasında mineral resurslar üzrə hazırlanan razılaşmada, sənəd imzalanmadan əvvəl göstərilən Amerika yardımlarının nəzərə alınmaması barədə razılıq əldə edilib.
Ukraynanın Baş naziri Denis Şmıhal bu barədə “Telegram” kanalında məlumat yayıb. Şmıhalın sözlərinə görə, o, məsələni ABŞ maliyyə naziri Skott Bessentlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Bahar Toplantıları çerçivəsində müzakirə edib.
Baş nazir qeyd edib ki, razılaşma üzərində hüquq komandaları işləyir və artıq ciddi irəliləyiş əldə olunub: “Əsas odur ki, öz qırmızı xətlərimizi dəqiqləşdirdik. Razılaşma həm Avropa öhdəliklərinə uyğun olmalı, həm də Ukraynanın Konstitusiyasına və qanunvericiliyinə zidd olmamalıdır. Sənəd parlament tərəfindən ratifikasiya olunmalıdır. Əldə edilən razılaşmaya əsasən, sənədə imzadan əvvəl verilən yardım daxil edilməyəcək.”
Mənbə
Leave feedback about this