Ukrayna və Macarıstan, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların maneələrinin aradan qaldırılması üçün mütəmadi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyeri Olqa Stefanişina bildirib ki, “Biz razılaşdıq ki, mayın 12-dən etibarən bu gün Budapeştdə iştirak edən ukraynalı və macar nümayəndə heyətləri daimi əsasda işləyəcəklər.”
Stefanişina əlavə edib ki, görüşə hazırlıq çərçivəsində Ukrayna mübahisəli məsələlərin həlli üçün təkliflər paketi hazırlayıb.
Mənbə