“Vaşinqton sülh prosesinin iştirakçısı olmalıdır”- Zelenski

Fidan Məmmədli
1 Min Read

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müttəfiqləri ilə Rusiya ilə birbaşa danışıqların növbəti mərhələsini müzakirə etdiyini bildirib.

Bu haqda Ukrayna liderinin teleqram kanalında məlumat verilib.

Onun sözlərinə görə, Ukrayna və onun müttəfiqləri ABŞ Prezidenti Donald Trampla dünənki söhbətdən sonra detalları və ideyaları müzakirə edirlər.

Zelenski vurğulayıb ki, Vaşinqton sülh prosesinin iştirakçısı olmalıdır.

“Biz tərəfdaşlarla ruslarla növbəti görüşlər – Ukraynanın tamamilə hazır olduğu və nəticə verəcək istənilən formatda birbaşa danışıqlar barədə danışırıq. Bizə kömək edən hər kəsə minnətdaram”, – Zelenski qeyd edib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş