=“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “247press” Vatikanın protokolda dəyişiklik edərək Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransiskin dəfn mərasimində birinci sırada, ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronla yanaşı əyləşməsinə şərait yaratdığını bildirir.
Məlumatda qeyd olunur ki, ənənəvi protokola əsasən, dövlət və hökumət başçıları ölkələrinin adlarının fransız dilindəki əlifba sırasına uyğun sıralanır. Bu qaydada Zelenskinin üçüncü sırada və ya daha arxa cərgələrdə oturması nəzərdə tutulmuşdu. Lakin bu dəfə Vatikan protokol qaydalarına istisna tətbiq edərək Ukrayna liderinə daha ön sıralarda yer ayırıb.
Eyni zamanda, Uels şahzadəsi Uilyam üçüncü sırada, Almaniya Kansleri Olaf Şoltsun yanında oturub, Argentina Prezidenti Xavyer Miley isə birinci sıranın ən kənarında yerləşdirilib.
Vatikanın mətbuat katibi Matteo Bruni “The Telegraph”a açıqlamasında əlavə edib ki, “Zelenski və xanımı Yelena Zelenskaya boş qalmış yerlərdə oturdular.”
Mənbə
Leave feedback about this