Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Vens, döyüşlərin davam etməsi halında Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qalib gələ bilməyəcəyini qeyd edib. O, bu fikri “The Charlie Kirk Show” verilişində irəli sürüb.
Vens, müharibənin davam etməsi halında Rusiya tərəfindən nüvə eskalasiyası ssenarisinin mümkün olduğunu da bildirib.
“Mediada belə qəribə fikir var ki, müharibə bir neçə il davam edərsə, Rusiya dağılacaq, ukraynalılar öz ərazilərini geri alacaqlar və hər şey müharibədən əvvəlki vəziyyətinə qayıdacaq. Amma bu, reallıq deyil,” – deyə o vurğulayıb.
Mənbə
Leave feedback about this