Veronika Jilinanın Azərbaycan bayrağı altında iştirakına icazə verilmədi

Fidan Məmmədli
1 Min Read

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə yarışlarında çıxış edən Veronika Jilinanın Azərbaycanın bayrağı altında iştirakına icazə verməyib.

Məlumata görə, ISU əsas prinsip kimi Rusiya Fiqurlu Konkisürmə Federasiyasından (FFKKR) buraxılış məktubunu götürüb. Mayın 13-də FFKKR İcraiyyə Komitəsi Jilinanın Azərbaycan üçün iştirakını rədd edib.

Məsələ ilə bağlı əsas danışıqlar 24-27 sentyabrda Bakıda keçiriləcək Junior Grand Prix mərhələsi ərəfəsində olacaq. Bu yarışa ISU rəhbərliyi də dəvət olunub.

Jilinanın 17 yaşı var. 2022/23 mövsümündə o, Rusiya Gənclər Qran-prisinin finalında çempion, ölkə çempionatında isə gümüş mükafatçı olub.

Mənbə

    Share This Article
    Şərh edilməmiş