Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Avropa İttifaqı nümayəndələrinin mümkün sanksiyalarla bağlı təzyiqləri onun Rusiyada keçiriləcək Qələbə Paradına səfərini ləğv etməsinə səbəb olmayacaq.
Məlumata görə, ölkə prezidentinin açıqlamasını etibarlı mənbə yayıb.
“Mən Rusiya Prezidenti Vladimir Putinə dedim ki, 9 mayda Moskvaya gələcəyəm. Söz vermişəmsə, öhdəlik götürmüşən. Mən bu sözü öz xalqıma, hər kəsə vermişəm”, – deyə Vuçiç deyib.
Prezident həmçinin əlavə edib ki, Serbiya, vədlərə uyğun olaraq, Avropa yolunda qalmaqda davam edəcək.
Leave feedback about this