Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 8-ci Hesabat-Seçki Konfransı keçirilib.

Məlumata görə, Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib.

Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki Konfransında Vüqar Oruc Cəmiyyətin idarə heyətinin sədri seçilmişdi.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version