Vyetnamda kömür daşıyan yük gəmisinin qəzaya uğraması nəticəsində 10 nəfər itkin düşüb.
Bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.
Məlumata görə, təxminən 5 min ton kömür daşıyan gəmi texniki nasazlıq səbəbindən mərkəzi Kuanqbin əyalətində yerləşən Vunqanq limanına yaxınlaşarkən qəzaya uğrayıb.
Gəmidə olan 11 ekipaj üzvündən yalnız biri xilasedicilər tərəfindən xilas edilib, qalan 10 nəfərin taleyi hələ də naməlumdur.
Qəza baş verən ərazidə hazırda əlverişsiz hava şəraiti hökm sürür ki, bu da axtarış-xilasetmə işlərini çətinləşdirir.