Xəzər rayonunda evlərdən 14 min manatlıq məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Fidan Məmmədli
1 Min Read

Xəzər rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib.

Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satması məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Cinayət işi üzrə tədbirlər davam etdirilir.

E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Mənbə

    Share This Article
    Şərh edilməmiş