Xəzər Universitetində dava düşdü – Tələbə bıçaqlandı

Fidan Məmmədli
0 Min Read

Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”, – qurum rəsmisi deyib.

    Share This Article
    Şərh edilməmiş