Xaçmazda minik avtomobili aşıb, yaralananlar var

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

04.05.2025-ci il saat 17:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü (kişi cinsli), 1965-ci il təvəllüdlü (qadın cinsli), 1984-cü il təvəllüdlü (kişi cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, bununla bağlı TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

***

18:34

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mənbəyə əsasən, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş