Yeni Papanın taxta çıxacağı tarix bəlli oldu

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Roma Papası XIV Leonun intronizasiyası (vəzifəsinə başlamasını əks etdirən hüquqi akt, sadə dillə – taxta çıxma – red.) mayın 18-də Müqəddəs Pyotr meydanında baş tutacaq.

Məlumata görə, bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.

Bundan əvvəl XIV Leo diplomatik korpusun nümayəndələrini, Vatikanda son hadisələri işıqlandıran beynəlxalq jurnalistləri qəbul edəcək.

İntronizasiya mərasimində dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndə heyətlərinin, o cümlədən dövlət, hökumət başçıları və dini liderlərin iştirakı gözlənilir.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş