Yüzlərlə il insan gözündən gizlənmişdi: Dünyanın ən çətin tapılan gəmiricisi ilk dəfə görüntüləndi

Fidan Məmmədli
1 Min Read

Alimlər ilk dəfə subalp yunlu siçanı (“Mallomys istapantap”) vəhşi təbiətdə canlı halda görüntüləməyi bacarıblar. Bu sirli gəmirici əvvəllər yalnız muzey eksponatlarından tanınırdı və 1989-cu ildən bəri cəmi bir dəfə müşahidə olunmuşdu.

Çexiyalı mütəxəssis Frantişek Veymelkanın rəhbərlik etdiyi ekspedisiya Papua-Yeni Qvineyanın Vilhelm dağına altı aylıq səfər edib. Yerli icmalarla əməkdaşlıq edən tədqiqatçılar 61 növ məməlini sənədləşdiriblər. Ən böyük sensasiya isə 3 700 metr yüksəklikdə “ən ələkeçməz siçan”ın tapılması olub.

Veymelka və komandası beş yetkin erkək gəmiricinin 1-1,5 kq arasında çəkidə olduğunu müəyyənləşdirib. Bu siçanların əsas qidası isə paporotniklərdir.

Maraqlıdır ki, bu nadir növdə daha əvvəl heç vaxt qeyd olunmayan bir xüsusiyyət – sinə hissəsində güclü qırmızımtıl-qəhvəyi rəng müşahidə edilib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş