Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

1 Min Read

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin İstanbul şəhərində Rusiya tərəfi ilə danışıqlar aparacaq nümayəndə heyətinin tərkibini rəsmən təsdiqləyib.

Məlumata görə, bu barədə müvafiq sərəncam Ukrayna dövlət başçısının saytında dərc olunub.

Ukraynadan olan danışıqlar qrupuna müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Ora R.Umerovdan başqa, 11 nəfər daxildir.

Onların arasında xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Oleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini Oleq Luqovskoy, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aleksey Şevçenko da var.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version