Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Digər

Zelenski Trampdan hansı təhlükəsizlik zəmanətlərini gözlədiyini açıqlayıb

247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi ABŞ-dan güclü təhlükəsizlik zəmanətləri gözləyir. Zelenskinin sözlərinə görə, əgər Vaşinqton Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyilsə, onda ABŞ quru, hava məkanı və dənizdə təhlükəsizlik zəmanətlərinin infrastrukturunun qurulmasında ciddi şəkildə iştirak etməlidir.

Prezident vurğulayıb ki, Ukraynanın NATO-ya münasibəti müttəfiqlərin dəstəyindən asılıdır. O, aprelin 23-də Londonda keçirilən görüşlərdə müzakirə olunan əsas məsələlərdən birinin ABŞ-dan gələcək təhlükəsizlik zəmanətləri olduğunu qeyd edib.

“Biz istəyirik ki, bu zəmanətlər güclü olsun. Heç olmasa, İsrailə verilən zəmanətlər səviyyəsində. Eyni zamanda Avropa müttəfiqlərimizdən hərbi kontingent gözləyirik. Hazırda təhlükəsizlik zəmanətlərinin infrastrukturunu formalaşdırmaq üzərində çalışırıq”, – Zelenski əlavə edib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video