247Press – Azərbaycan Xəbər Portalı Blog Sosial “28 Mall”a giriş bağlandı
Sosial

“28 Mall”a giriş bağlandı

“Qafqazinfo”ya istinadən, “28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

247press-in məlumatına görə, Ticarət Mərkəzi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, texniki səbəblərə görə “28 Mall”da işıqlar sönüb.

“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən məlumat verəcəyik. Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır.”

Mənbə

Exit mobile version