247Press – Azərbaycan Xəbər Portalı Blog Sosial Nazir onu qərargah rəisi təyin etdi – Foto
Sosial

Nazir onu qərargah rəisi təyin etdi – Foto

=

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

247press-in “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi.

Mənbə

Exit mobile version