247Press – Azərbaycan Xəbər Portalı Blog Cəmiyyət “28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
Cəmiyyət Kriminal Xəbər

“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi

“247press”ə daxil olan məlumata görə, Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən iki nəfər həbs edilib. Hadisə Nəsimi rayonu Azadlıq prospektində, “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.

1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar və “Abdullah Haşim zühur edib” ifadələri yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.

Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və Teymur Əliyev ilə Həsən Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.

Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs cəzasına məhkum edilib.

Saxlanılan şəxslər özlərini ABŞ-da yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim ediblər. 1983-cü il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.

Qeyd edək ki, bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında aksiya keçirmişdi.

Mənbə

Exit mobile version