Yeni iddianamə ilə bağlı məlumatlar ortaya çıxıb. Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barımın 22 il 6 aydan 30 ilə qədər həbs olunması tələb edilir.
İstanbul Baş Prokurorluğu tərəfindən təsdiqlənmiş iddianamə İstanbul 26-cı Ağır Cəza Məhkəməsinə göndərilib. Belə ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrini planlaşdıranlar arasında olduğu iddialarıyla “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə həbs edilmişdir.
Menecerin bu hadisələrdə şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqəyə malik olduğu da müəyyən edilib. Eyni zamanda, Barımın “ID Consultancy Limited Company”nin qurucusu və ortağı olduğu, bir çox tanınmış aktyorun meneceri olaraq sektorda monopoliyaya səbəb olduğu iddiaları da gündəmə gəlib.
Mənbə