Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
İnfrastruktur

Zərdabda beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Prezidentin sərəncamı əsasında, Zərdab rayonunun Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun yenidənqurmasına başlayıb. Bu yol uzun müddət istismar nəticəsində deformasiyaya uğrayıb və nəqliyyat çətinlikləri yaradıb.

Yolun uzunluğu 18 km-dir və IV texniki dərəcəyə uyğun şəkildə yenidən qurulacaq. Yol 5 yaşayış məntəqəsini birləşdirir, torpaq yatağının eni 10, hərəkət hissəsinin eni isə 6 metr olacaq. Hazırda 5.4 km uzunluğundakı Məlikumudlu hissəsində torpaq işləri tamamlanıb, suötürücü boruların inşası və yol əsasının tikintisi aparılır. Sonrakı mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçiriləcək.

Layihə üzrə asfaltlanma işləri bitdikdən sonra yol nişanı və siqnal dirəklərinin quraşdırılması, eləcə də üfüqi nişanlanma xətləri çəkiləcək.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video